BAKI, 15 oktyabr. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanla miqrasiya haqqında sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Akorda” məlumat yayıb.

“Dövlət başçısı “Qazaxıstan Respublikası Hökuməti və Ermənistan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Sazişin ratifikasiyası haqqında” Qazaxıstan Respublikasının Qanununu imzalayıb”, - məlumatda deyilir.

Həmçinin dövlət başçısı “Qazaxıstan Respublikası Hökuməti ilə Ermənistan Respublikası Hökuməti arasında vətəndaşların gediş-gəlişi və qalma qaydası haqqında” sazişin təsdiq edilməsi barədə Qazaxıstan Respublikasının qanununu imzalayıb.