BAKI, 16 aprel. TELEQRAF
"Ermənistan indiki mərhələ üçün Azərbaycana Horadiz-Yerasx dəmir yolu xəttinin açılmasını təklif edir".
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“İndiki mərhələdə Horadiz-Yerasx dəmir yolu ilə yükdaşımaların (Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında - red.) həyata keçirilməsini təklif edirik. Hazırda bu həll yoluna doğru irəliləməyə hazırıq”, - baş nazir bildirib.