BAKI, 21 aprel. TELEQRAF

Hesablama Palatası 2025-ci ildə reallaşdırılan investisiya layihələri üzrə kənar dövlət maliyyə nəzarəti tədbirləri çərçivəsində nöqsanlar aşkarlayıb.

Teleqraf palataya istinadən xəbər verir ki, Qarabağa qayıdış çərçivəsində yaşayış məntəqələrinin layihələndirilməsində təbii relyef tam diqqətə alınmayıb.

Bu da şaquli planlaşdırma həllərində tökmə torpaqdan istifadənin artması ilə yanaşı, əsaslandırılmış zərurət olmadan layihələrdəki qruntun çıxarılması və əks doldurmanın həcminin artmasına və ibüdcə vəsaitinə tələbatın yaranmasına səbəb olub.

Qurumdan qeyd edilib ki, Şuşa Mərkəzi Xəstəxanasının tikintisinin başa çatmasına baxmayaraq, istismara qəbulunun uzadılması müvafiq qaydada dövlət əmlakının balansa qəbulunun ləngiməsinə,
həmin obyektlərin dövri olaraq fiziki aşınmasına, təyinatı üzrə funksional fəaliyyətsizliyinə, dövlət əmlakının hesabatlarında şəffaflığın pozulmasına şərait yaradıb.