BAKI, 21 aprel. TELEQRAF
Əhali istehlakçı qrupuna göstərilən istilik təchizatı xidmətlərinin aylıq 1 kv. metrinin qiymətinin 2025-ci ildə Tarif (Qiymət) Şurasının qərarı ilə 0,45 manata yüksəldilməsi gözlənilən nəticəni verməyib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında Hesabatda qeyd edilib.
Bildirilir ki, tarif artımı mərkəzləşdirilmiş istilik təchizatı xidmətlərinin qiymətini digər istilik təchizatı növləri (“kombi”,
bina daxili lokal istilik təchizatı sistemləri və s.) ilə müqayisədə rəqabətliliyinə mənfi təsir göstərib. Eyni zamanda qiymətin faktiki maya dəyəri ilə müqayisədə aşağı səviyyədə olması səbəbindən istilik təchizatı infrastrukturunun məsrəf tutumu (satışın maya dəyərinin) yüksəkdir.