
TBİLİSİ, 1 aprel. TELEQRAF
Gürcüstanın Baş Prokurorluğu müxalif “Güclü Gürcüstan” koalisiyasının liderlərdinən biri Mamuka Xazaradzeyə qarşı ittiham irəli sürüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, siyasətçi parlamentin istintaq komissiyasının qanuni tələbini yerinə yetirməməkdə ittiham olunur.
Baş Prokurorluq M.Xazaradze barəsində qətimkan tədbirinin seçilməsi üçün qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.
Qeyd edək ki, parlament komissiyası 2003-2012-ci illərdə mövcud olan hakimiyyətin fəaliyyətini araşdırır. M.Xazaradze ilə yanaşı “Güclü Gürcüstan” koalisiyasının digər lideri Badri Caparidze və keçmiş müdafiə naziri İrakli Okruaşvili də komissiyanın iclaslarında iştirakdan imtina edib. Komissiya hər üç şəxs barəsində Baş Prokurorluğa müraciət edib. Komissiyanın qanuni tələblərinin yerinə yetirilməməsi cərimə və yaxud bir ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.