BAKI, 22 aprel. TELEQRAF

Mariya Zaxarova İsrail rəhbərliyinin İranla bağlı əməliyyat kontekstində “nüvə Holokostu” ifadəsini işlətməsini yolverilməz hesab etdiyini bildirib.

Teleqraf xəbər verir ki, Zaxarova "Telegram" kanalında qeyd edib ki, bu cür müqayisələr Holokost qurbanlarına hörmətsizlikdir və tarixi faktların təhrifinə gətirib çıxarır.

Onun sözlərinə görə, Osventsim, Maydanek və Sobibor kimi düşərgələrin adlarının bu kontekstdə çəkilməsi qəbuledilməzdir.

Açıqlama İsrailin baş naziri Binyamin Netanyahunun İranın guya “yeni Holokost” planlaşdırdığı ilə bağlı iddialarına cavab olaraq səsləndirilib.

Diplomat həmçinin bildirib ki, Rusiya tərəfi İsrailə Holokostu dayandıran sovet əsgərlərinə həsr olunmuş abidələrin məhv edilməsinin Avropada antisemitizmin artmasına səbəb olduğunu çatdırır.