
TBİLİSİ, 1 aprel. TELEQRAF
Gürcüstanda televiziya və radio kanallarının xaricdən birbaşa və yaxud dolayı yolla maliyyələşməsi qadağan edilib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, ölkə parlamenti üçüncü oxunuşda “Yayım haqqında” qanuna müvafiq dəyişiklikləri 86 səslə təsdiqləyib.
Məhdudiyyətlər kommersiya reklamlarına şamil edilməyəcək, sosial reklamın xaricdən maliyyələşməsinə isə qadağa tətbiq olunacaq.
Qanunla həmçinin KİV-in obyektivliyi və jurnalist etikasının standartları, həmçinin həmin standartların monitorinqi və qorunması mexanizmləri də müəyyən edilib.