TBİLİSİ, 1 aprel. TELEQRAF

Gürcüstan-Ermənistan sərhədi yaxınlığında 4,3 bal gücündə zəlzələ baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.

Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 13:56-da qeydə alınıb.

Zəlzələ Tbilisidə də hiss olunub.