
TBİLİSİ, 1 aprel. TELEQRAF
Tbilisi Şəhər Məhkəməsində siyasi motivli təqibdə ittiham olunan “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Aleko Elisaşvilinin işi üzrə məhkəmə prosesi davam edir.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bugünkü dinləmədə tərəflər çıxış edirlər.
Prosesdə iştirak edən A.Elisaşvili özünü günahkar hesab etmədiyini bildirib. Müxalifətçiyə qarşı irəli sürülmüş ittihama görə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Xatırladaq ki, A.Elisaşvili ötən il dekabrın 2-də Tbilisidə Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri, hakim “Gürcü Arzusu” partiyasının üzvü Əli Babayevə qarşı zorakılıq əməli törədib. Dekabrın 5-də həbs edilən müxalifətçiyə qarşı Baş Prokurorluq siyasi təqib ittihamı irəli sürmüşdü. Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçilmişdi. Müxalifətçi dekabrın 14-də məhkəmənin qərarı ilə 4 min lari (2 465 AZN) girov müqabilində azadlığıa buraxılıb.