TBİLİSİ, 31 mart. TELEQRAF

Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili vahid müqavimət platformasının yaradıldığını elan edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, o, Tbilisidə parlamentin binası qarşısında keçirilən aksiyada çıxışı zamanı platformanın əsas prinsipini açıqlayıb.

Onun sözlərinə görə, platforma etirazların iki tələbini - yeni, ədalətli seçkilərin elan edilməsini və “vicdan məhbusları”nın azadlığa buraxılmasını dəstəkləyən bütün Avropayönlü partiya və qruplara açıqdır.

S.Zurabişvili qeyd edib ki, məqsədə çatmaq üçün küçə etirazları ilə yanaşı, mübarizəyə siyasi format da verilməlidir:

“Etirazlar dinc xarakter daşıyacaq və hakimiyyət seçkilər nəticəsində dəyişməlidir”.

Qeyd edək ki, bugünkü aksiya 1991-ci ilin martın 31-də Gürcüstanın suverenliyi ilə bağlı keçirilmiş referendumun 34-cü ildönümünə həsr olunub.