
TBİLİSİ. 31 mart. TELEQRAF
Gürcüstanda yüksək texnologiyalı və innovativ məhsullar yaradan yerli startaplara 10 il ərzində vergi güzəşti təqdim olunacaq.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, ilk üç il ərzində startaplar gəlir vergisi ödəməyəcəklər.
“Bu təşəbbüs yeni innovativ startapların yaradılmasına, həmçinin Gürcüstana beynəlxalq startapların cəlb olunmasına, sərmayə axınına və yeni iş yerlərinin açılmasına imkan verəcək”, - hökumət başçısı deyib.