
TBİLİSİ. 31 mart. TELEQRAF
“Gürcüstan müstəqilliyini bu günə qədər nəinki qoruyub saxlamağa, hətta onu daha da möhkəmləndirməyə müvəffəq olub”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında deyib.
O, müstəqilliyin daim ayıqlıq tələb etdiyini vurğulayıb.
“Əminliklə söyləmək olar ki, Gürcüstan bu gün heç vaxt olmadığı qədər müstəqil və suverendir. Bu gün biz müstəqillik ideyası uğrunda canlarını qurban vermiş insanları xüsusilə xatırlamalıyıq. Müstəqilliyimiz uğrunda döyüşlərdə fədakarlıq göstərmiş əsgərlərimizə xüsusi ehtiram göstərməliyik”, - İ.Kobaxidze söyləyib.
Qeyd edək ki, bu gün Gürcüstanda dövlət müstəqilliyinin bərpası ilə bağlı referendumdan 34 il ötür. 1991-ci ilin martın 31-də keçirilmiş ümumxalq səsvermədə iştirak edənlərin 99%-i 26 may 1918-ci ilin Müstəqilliyin elan edilməsi aktı əsasında suverenliyin bərpasının lehinə səs verib.