TBİLİSİ. 31 mart. TELEQRAF

Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı 102 nəfər təşkil edir.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin fevral ayı üzrə hesabatından məlum olur.

Yanvar ayı ilə müqayisədə vətəndaşlarımızın sayı 8 nəfər artıb.

Sənədə əsasən, vətəndaşlarımızın 25-i ittiham olunan, 77-si isə məhkumdur. Təqsirləndirilənlərin hamısı kişi, məhkumların isə 60-i kişi, 17-si qadındır.

Gürcüstanda probasiya nəzarətində olan Azərbaycan vətəndaşlarının sayı isə aylıq müqayisədə 4 nəfər azalaraq 48 nəfər olub. Həmin şəxslərin 40-ı kişi, 7-si qadın, 1-i isə yeniyetmə oğlandır.

Qonşu ölkədə həbs cəzası çəkən xarici ölkə vətəndaşlarının ümumi sayı 1 052, probasiya nəzarətində olan əcnəbilərin sayı isə 486 nəfərə bərabərdir.