TBİLİSİ, 27 mart. TELEQRAF

Gürcüstanın Svaneti bölgəsində qar uçqunu nəticəsində turist ölüb.

Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Məlumatlara əsasən, hadisə ötən gün Mestiya qəsəbəsində baş verib. Həyatını itirən qadın turist bir neçə nəfərlə xizəkdə bələdçisiz hərəkət edib. Qar uçqunu zamanı digər şəxslərin xəsarət almadığı bildirilir.