
TBİLİSİ, 26 mart. TELEQRAF
Arçil Kalandiya Gürcüstanın Türkiyədəki səfiri vəzifəsinə təyin olunub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bununla bağlı Gürcüstanın Baş naziri İrakli Kobaxidze fərman imzalayıb.
Sənədə əsasən, A.Kalandiya bu ilin aprelin 1-dən etibarən səlahiyyətlərinin icrasına başlayacaq.
Yeni səfirin namizədliyi təsdiqlənməsi üçün Gürcüstan Prezidenti Mixeil Kavelaşviliyə təqdim edilib.
Qeyd edək ki, A.Kalandiya 2018-ci ildən Gürcüstanın Çindəki səfiri vəzifəsində çalışıb. 2018-2024-cü illərdə Gürcüstanın Türkiyədəki səfiri Giorgi Cancğava olub. O, bu yaxınlarda Gürcüstanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri vəzifəsinə təyin edilib.