TBİLİSİ, 25 mart. TELEQRAF

Tbilisinin Mtatsminda parkında bədbəxt hadisə baş verib.

Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Məlumatlara əsasən, ötən gün park ərazisindəki dayanacaqda yerləşən tikilidə baş vermiş uçqun zamanı bir nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

İstirahət məkanını ziyarət edənlər həmin tikiliyə şəhərin mənzərəsini seyr etməyə və fotoşəkillər çəkmək üçün daxil olurdular.

Ölən şəxsin 30 yaşlı Rustavi şəhər sakini Levan Dvali olduğu bildirilir.

Hadisə ilə bağlı tikinti və digər işlərin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması maddəsi üzrə araşdırmalara başlanılıb.

Qeyd edək ki, Mtatsminda parkı eyniadlı dağın zirvəsində yerləşir. Tbilisinin ən mənzərəli yeri hesab olunan park şəhərin əsas turizm məkanlarından biridir.