BAKI, 21 sentyabr. TELEQRAF

“ABŞ Prezidenti Donald Tramp Avropanın təhlükəsizliyinə laqeyd yanaşır”.

Teleqraf xəbər verir ki, bunu Avropa Parlamentinin (AP) Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Mari-Aqnes Strak-Zimmermann deyib.

“ABŞ NATO-nun təməli olsa da, Tramp bizim təhlükəsizliyimizə tamamilə laqeyd yanaşır. Buna görə də Avropa səylərini əlaqələndirmək üçün yeni yol tapmalıdır, o cümlədən NATO-dan kənarda”, - o bildirib.

Strak-Zimmermann həmçinin Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin Avropa Təhlükəsizlik Şurasının yaradılması təklifini dəstəkləyib. Amma o, Kaya Kallasın rəhbərlik etdiyi Avropa Xarici Fəaliyyət Xidmətinin səlahiyyətlərinin azaldılmasına qarşı çıxıb.