BAKI, 20 iyul. TELEQRAF
Avropa Komissiyası (AK) Rusiyaya qarşı hazırlanan 21-ci sanksiya paketinin bəzi müddəalarını dəyişməyə və Yunanıstana güzəştə getməyə hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Məlumata görə, buna səbəb sanksiyaların Avropa İttifaqının (Aİ) bəzi üzv ölkələrinin iqtisadi maraqlarına zidd olmasıdır:
"Sanksiya paketinin razılaşdırılması prosesində çətinliklər yaranıb və bu, qurumun daxili maraqları ilə toqquşur. İcraçı orqan hazırda sanksiyaların iqtisadi nəticələrini təhlil edir və bu təhlilin iyulun 22-də Aİ səfirlərinin görüşündə təqdim olunacağı gözlənilir".