BAKI, 10 noyabr. TELEQRAF
Səudiyyə Ərəbistanının Mədinə vilayətindən keçən strateji Şərq-Qərb neft boru kəmərinə hücum təşkil edilib.
Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Energetika Nazirliyi rəsmi bəyanat yayıb.
Bəyanatda bildirilib ki, hücum nəticəsində kəmər xəttində kiçikmiqyaslı yanğın baş verib, lakin vaxtında edilən müdaxilə sayəsində alov tamamilə söndürülüb.
Hadisə zamanı ölən və ya yaralanan olmayıb, boru kəmərində neft axını və ümumi fəaliyyət zərər görməyib.