BAKI, 10 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukrayna münaqişəsinin sülh yolu ilə həllində maraqlı olmadığı barədə fikirlərlə razılaşmayıb.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ Evdə keçirilən mətbuat konfransında bildirib.

Jurnalistlərdən biri Rusiyanın Ukraynada müharibəni dayandırmaq istəmədiyini iddia edərək ABŞ liderinə sual ünvanlayıb.

Tramp isə suala birbaşa cavab vermək əvəzinə jurnalistə müraciət edib:

“Putin bizə qarşı müharibə aparıb? İcazə verin, sizə bir sual verim”.

Daha sonra jurnalistin hansı media qurumunu təmsil etdiyini soruşan Tramp onun “MS NOW” telekanalının əməkdaşı olduğunu öyrəndikdən sonra həmin kanalı sərt tənqid edib.

“MS NOW tarixinin ən aşağı reytinqlərinə malikdir. Siz saxta xəbər kanalsınız”, – ABŞ Prezidenti bildirib.

Tramp eyni mətbuat konfransında administrasiyasının Rusiya və Ukrayna arasında münaqişənin başa çatması istiqamətində müsbət tendensiya müşahidə etdiyini də açıqlayıb.