BAKI, 9 noyabr. TELEQRAF

Türkiyə Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar üçün İstanbulun yenidən platforma kimi istifadə edilməsinə hazırdır.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıdan qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.

“İstanbulda yaratdığımız danışıqlar platforması, taxıl dəhlizi təşəbbüsümüz və əsirlərin mübadiləsində oynadığımız rol Türkiyənin sülh prosesindəki əsas mövqeyinin misilsiz nümunəsidir. Zərurət yaranarsa, İstanbulun yenidən danışıqlar mərkəzinə çevrilməsinə və diplomatiyanın bütün vasitələrini işə salmağa hazırıq. Sülhə nail olmağın mümkünlüyünə inanırıq”, - deyə o bildirib.