BAKI, 9 noyabr. TELEQRAF

Almaniya kansleri Fridrix Merts Avropa İttifaqının (Aİ) bütün üzv dövlətləri Ukraynaya maliyyə yardımı ayırmaq öhdəliyi götürməyəcəyi təqdirdə, qurumun yeddiillik büdcəsinin qəbulunu bloklayacağı ilə hədələyib.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Financial Times” (FT) qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, bu barədə məlumat Mertsin Avropa İttifaqı Şurasının sədri Antoniu Koştaya ünvanladığı məktubda yer alıb.

Almaniya hökumətinin başçısı bu məsələni noyabrın 12-13-də Dublində keçiriləcək Avropa Siyasi Birliyinin sammitində və Aİ-nin qeyri-rəsmi iclasında gündəmə gətirmək niyyətindədir.