BAKI, 10 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp impiçment təşəbbüsünə baxmayaraq, Pentaqon rəhbəri Pit Heqseti dəstəkləməyə davam edəcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ Evdə keçirilən mətbuat konfransında bildirib.
Jurnalistlərin Heqsetə qarşı impiçment prosedurunun başlanması fonunda onu dəstəkləyib-dəstəkləməyəcəyi barədə sualına ABŞ lideri müsbət cavab verib.
“Bəli, onu dəstəkləyəcəyəm. O, iki müharibədə qalib gəlib. Hərbi əməliyyatlara rəhbərlik edib. Biz hamımız qalib gəlmişik. Mənim çox yaxşı komandam var”, – Tramp vurğulayıb.
ABŞ Prezidenti Heqsetin impiçmenti ilə bağlı qətnamə layihəsini Konqresə təqdim edən Kentukki ştatından respublikaçı konqresmen Tomas Messini də sərt tənqid edib.
“Messi uğursuz adamdır. Onun qəlbində çoxlu nifrət var”, – Tramp bildirib.
Məlumata görə, impiçment qətnaməsinin yaxın günlərdə səsverməyə çıxarılması mümkündür. Demokratların əksəriyyəti və bəzi respublikaçılar Heqsetin ABŞ-İran münaqişəsi zamanı fəaliyyətindən narazılıqlarını ifadə ediblər.
Bundan əvvəl “CBS News” mənbələrinə istinadla Trampın müşavirləri ilə Pentaqon rəhbərinin mümkün istefasını müzakirə etdiyini bildirmişdi.