BAKI, 9 noyabr. TELEQRAF
Ukraynanın əksər şəhərlərində elektrik enerjisi, su və istilik təchizatı ilə bağlı vəziyyət mürəkkəbdir.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yazıb.
“Bir çox şəhər və icmamızda elektrik, su və istilik təchizatı ilə bağlı vəziyyət çox mürəkkəbdir. Ən ağır vəziyyət Kiyev, Dnepropetrovsk və Sumı vilayətlərindədir”, – deyə o bildirib.
Zelenski əlavə edib ki, kommunal infrastrukturla bağlı problemləri Avropa Komissiyasının sədri Ursula von der Leyenlə müzakirə edib.
“Razılaşdıq ki, Avropa İttifaqı fövqəladə hallarda yardım üçün xüsusi mexanizmi işə salacaq. Bu, Ukraynaya ilk növbədə zəruri olan ehtiyaclar üçün vəsaitin operativ şəkildə ayrılmasına imkan verəcək”, – deyə Ukrayna Prezidenti qeyd edib.