BAKI, 10 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Əbu-Dabidə keçiriləcək Ukrayna danışıqlarının münaqişənin həlli istiqamətində mühüm irəliləyişə imkan yarada biləcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Trampın sözlərinə görə, Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında planlaşdırılan danışıqlar münaqişənin nizamlanmasında dönüş nöqtəsi ola bilər.

Qeyd edək ki, üçtərəfli danışıqların noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi nəzərdə tutulur.