BAKI, 8 noyabr. TELEQRAF

Şimali Kipr Türk Cümhuriyyətinin sabiq prezidenti Ərsin Tatar Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada yazıb.

“Böyük dastan yazaraq Qarabağı azadlığına qovuşduran qardaş Azərbaycan xalqını və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi bu tarixi qələbə - 8 Noyabr Qarabağ Zəfərinin altıncı ildönümü münasibətilə ən səmimi duyğularımla bir daha təbrik edirəm. Bu münasibətlə can Azərbaycanın müstəqilliyi və vətən torpaqlarının azadlığı uğrunda canlarından keçmiş əziz şəhidlərimizi rəhmət, minnətdarlıq və ehtiramla yad edir, qardaş Azərbaycan xalqına əmin-amanlıq, firavanlıq və rifah dolu gələcək arzulayıram”, - Ərsin Tatar vurğulayıb.