BAKI, 10 noyabr. TELEQRAF
UFC-nin rəhbəri Deyna Uayt ABŞ Prezidenti Donald Trampın Ağ Evin mətbuat katibi vəzifəsi ilə bağlı təklifini qəbul etməyib.
Teleqraf xəbər verir ki, hadisə Ağ Evdə keçirilən gözlənilməz mətbuat konfransı zamanı baş verib.
Tramp jurnalistlərlə görüşə Uaytla birlikdə gəlib və brifinqin sonunda ona müraciət edib:
“Amerika Birləşmiş Ştatlarının mətbuat katibi olmaq istərdin?”
Uayt isə təklifə belə cavab verib:
“Təklifinizə görə təşəkkür edirəm, cənab Prezident. Amma siyasətə qarışmaq istəmirəm”.
Tramp UFC rəhbərinin cavabına zarafatla reaksiya verərək “Eşitdiklərim məni şoka saldı. Hamınızla sağollaşıram!” deyib və mətbuat konfransını başa çatdırıb.
Qeyd edək ki, Tramp daha əvvəl “Truth Social” sosial şəbəkəsində Uayta Ağ Evin mətbuat katibi vəzifəsini təklif etdiyini açıqlamışdı.
ABŞ lideri hətta rusiyalı döyüşçülər İslam Mahaçev və Həbib Nurməhəmmədovun Uaytın köməkçiləri təyin olunmasını da təklif etmişdi.
Lakin Tramp sonradan jurnalistlərə açıqlamasında bu təklifin sadəcə kiçik bir zarafat olduğunu bildirmişdi.