BAKI, 10 noyabr. TELEQRAF

Ukraynaya müharibədən sonra veriləcək təhlükəsizlik zəmanətləri Rusiya tərəfindən də qəbul edilməlidir.

Teleqraf xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Parisdə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, müharibənin başa çatması üçün əsas şərtlərdən biri Ukraynanın müharibədən sonra özünü təhlükəsiz hiss etməsidir.

“Lakin bunun həyata keçirilməsi üçün Rusiya da razılıq verməlidir. Məhz buna görə Əbu-Dabidə keçiriləcək danışıqlar kritik əhəmiyyət daşıyır”, – Rubio vurğulayıb.

Parisə G7 ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün səfər edən ABŞ Dövlət katibi bu fikirləri Rusiya, ABŞ və Ukrayna arasında Əbu-Dabidə planlaşdırılan üçtərəfli danışıqları şərh edərkən səsləndirib.