BAKI, 10 noyabr. TELEQRAF

ABŞ BMT-nin baş katibi vəzifəsinə namizədlər arasında iki-üç nəfəri münasib hesab edir.

Teleqraf xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio noyabrın 9-da Parisdə jurnalistlərə açıqlamasında bildirib.

“Bir neçə həqiqətən yaxşı namizəd var. Onların arasında bəyəndiyimiz iki-üç nəfər mövcuddur”, – Rubio deyib.

Dövlət katibi vurğulayıb ki, Vaşinqtonun konkret namizədi yoxdur və seçim prosesi davam etməlidir.

“Bizim ABŞ adından irəli sürdüyümüz xüsusi namizəd yoxdur. İki-üç yüksək ixtisaslı şəxsi görürük. Qoy səsvermə davam etsin. Nə vaxtsa dünya kimi bu vəzifədə görmək istədiyinə qərar verəcək”, – o bildirib.

Rubio BMT-nin yeni baş katibinin seçilməsi məsələsini Fransa Prezidenti Emmanuel Makronla da müzakirə etdiyini açıqlayıb.

Onun sözlərinə görə, Vaşinqton üçün əsas meyarlardan biri gələcək baş katibin BMT-də islahatların aparılmasına sadiq olmasıdır.

ABŞ xüsusilə təşkilatın inzibati aparatının ixtisar edilməsində maraqlıdır.

Qeyd edək ki, BMT-nin hazırkı Baş katibi Antoniu Quterreşin ikinci beşillik səlahiyyət müddəti dekabrın 31-də başa çatır. Yeni baş katibin namizədliyi əvvəlcə BMT Təhlükəsizlik Şurasında razılaşdırılmalı, daha sonra Baş Assambleyada təsdiqlənməlidir.