BAKI, 9 noyabr. TELEQRAF

Türkiyənin İzmir şəhərinin Aliağa rayonunda, Yeni Foça yolu üzərində yerləşən "HABAŞ" dəmir-polad zavodunda günorta saatlarında baş vermiş güclü partlayış nəticəsində həyatını itirənlərin sayı artıb.

Teleqraf NTV-yə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəza nəticəsində ölənlərin sayının 16 nəfərə yüksəldiyini bəyan edib.

Faciə zamanı həmçinin 2-si ağır olmaqla 13 nəfər xəsarət alıb və onların xəstəxanalarda müalicəsi davam etdirilir.

Hadisə ilə bağlı dərhal başladılan genişmiqyaslı hüquqi araşdırmalar çərçivəsində zavodun rəhbər və məsul şəxslərindən ibarət 5 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Müəssisədə partlayışın başvermə səbəblərinin araşdırılması davam edir.