BAKI, 9 noyabr. TELEQRAF
“Heç kim noyabrın 11-də Varşava küçələrində keçirilməsi nəzərdə tutulan ənənəvi "Müstəqillik yürüşünü" qadağan etmək niyyətində deyil”.
Teleqraf xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk “X” sosial şəbəkəsində bildirib.
Tusk qarşıdan gələn tədbirin bütün iştirakçılarını aqressiyadan çəkinməyə və yürüşün təhlükəsizliyini təmin edən polis əməkdaşlarına hörmətlə yanaşmağa çağırıb.
Qeyd edək ki, bundan əvvəl Polşa KİV-lərində noyabrın 7-də Krakovda baş verən hadisə ilə əlaqədar yürüşün qadağan edilə biləcəyi barədə məlumatlar yayılıb. Xatırladaq ki, həmin gün şəhərin mərkəzi meydanında baş verən atışma nəticəsində altı nəfər ölüb.
“Müstəqillik yürüşü” hər il noyabrın 11-də Polşanın Müstəqillik Günü münasibətilə ölkənin millətçi təşkilatları tərəfindən Varşavada təşkil olunur.
2025-ci ildə olduğu kimi, bu il də yürüşdə Polşa Prezidenti Karol Navrotskinin iştirakı gözlənilir.
Təşkilatçıların məlumatına görə, 2025-ci ildə keçirilən yürüşdə təxminən 300 min nəfər iştirak edib.