BAKI, 10 noyabr. TELEQRAF

ABŞ və İran böyük ehtimalla, İranda uranın zənginləşdirilməsi səviyyəsinin azaldılmasına dair ilkin razılıq əldə edəcəklər.

Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalı öz etibarlı mənbələrinə istinadən məlumat yayır.

Gələcək saziş çərçivəsində Vaşinqton İran ərazisində uranın 3,67 faiz səviyyəsində zənginləşdirilməsinə icazə verib və Tehran bununla razılaşıb. Bununla belə, mənbələr bildirir ki, ABŞ İranın hazırda 60 faizə qədər zənginləşdirdiyi uranın dərəcəsini aşağı salmağı tələb edir. Bu məqsədlə tərəflərin prosesə üçüncü bir ölkənin cəlb olunmasını da müzakirə etdikləri vurğulanır.