BAKI, 8 noyabr. TELEQRAF

Rusiyanın Rostov vilayətində dron hücumu nəticəsində Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinə aparan “Novorossiya” avtomobil magistralında, Mius çayı üzərindəki körpü zədələnib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Körpü magistralın Neklinovski rayonunda yerləşən 97-ci kilometrliyində zədələnib. Həmçinin tikinti texnikasına, o cümlədən iki tırtıllı krana ziyan dəyib. Xəsarət alan olmayıb.

Körpüdə nəqliyyatın hərəkəti reversiv qaydada təşkil edilib.