BAKI, 9 noyabr. TELEQRAF
Rusiya, ABŞ və Ukrayna arasında noyabrın 10-11-də Əbu-Dabidə keçirilməsi planlaşdırılan üçtərəfli danışıqlarda iştirak etmək üçün Rusiya və Ukrayna nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinə yola düşüb.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə rəsmi Kiyevin təmsilçisi Rüstəm Ümerov rəhbərlik edir.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, danışıqlar əsasən postmünaqişə dövrünün təhlükəsizlik zəmanətlərinə həsr olunacaq. O, həmçinin vurğulayıb ki, görüşdə Avropa təmsilçilərinin iştirakı qeyri-mümkündür, çünki ilkin olaraq məhz üçtərəfli format razılaşdırılıb.