BAKI, 9 noyabr. TELEQRAF

Avropa Komissiyasının (AK) prezidenti Ursula von der Leyen Qara dənizdə təhlükəsizlik və sərbəst gəmiçilik məsələlərini müzakirə etmək üçün Rumıniya və Bolqarıstana səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığının yekunlarına dair məlumat yayıb.

“Bu gün təhlükəsizlik təhdidlərinin artdığı Qara dəniz regionuna yola düşürəm. Hücumlar intensivləşir”, – deyə von der Leyen bildirib.

Avropa Komissiyasının sədri Rumıniya və Bolqarıstana səfəri zamanı “Avropanın cavab tədbirlərini necə gücləndirə biləcəyini” müzakirə etmək niyyətindədir.

Onun sözlərinə görə, Avropa İttifaqı Kiyevə dəstək məqsədilə Qara dənizdə sərbəst gəmiçiliyin bərpasını və qorunub saxlanılmasını istəyir.