BAKI, 10 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında münaqişənin başa çatması istiqamətində ciddi irəliləyiş müşahidə olunduğunu bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında danışıb.
“Biz Rusiya və Ukrayna arasındakı münaqişəyə son qoyulması istiqamətində kifayət qədər güclü tendensiya müşahidə edirik. Bu prosesdə iştirak edirik, çünki insanların ölməsini istəmirəm”, – ABŞ lideri vurğulayıb.
Qeyd edək ki, noyabrın 10-11-də Əbu-Dabidə ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlar keçiriləcək. Görüşdə müharibədən sonrakı təhlükəsizlik zəmanətləri və münaqişənin nizamlanması məsələləri müzakirə olunacaq.
“Reuters”in məlumatına görə, ABŞ tərəfi danışıqlarda irəliləyiş əldə olunacağına ehtiyatlı nikbinliklə yanaşır.