BAKI, 15 iyun. TELEQRAF

Avropa Komissiyası Ukraynadakı hərbi əməliyyatlarda iştirak edən bütün Rusiya hərbçilərinin adbaad "qara siyahı"ya salınmasını və onların Avropa İttifaqı (Aİ) ərazisinə girişinin qadağan edilməsini təklif edir.

Teleqraf xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas jurnalistlərə açıqlamasında deyib.

"Müharibədə iştirak edən şəxslər barədə kəşfiyyat məlumatlarımız var. Onların Avropa İttifaqına daxil olmasının qarşısını almaq üçün hamısını "qara siyahı"ya salmalıyıq. Mən ekspert deyiləm, lakin mütəxəssislər bunun mümkün olduğunu bildirirlər", - o qeyd edib.