BAKI, 20 avqust. TELEQRAF

“Rusiya Ukraynanın etibarlı olması üçün təhlükəsizlik zəmanətlərinin verilməsini dəstəkləyir”.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib.

“Böyük Britaniya, Fransa və Almaniyanın kollektiv təhlükəsizlik təminatları yaratmaq və inkişaf etdirmək istəməsi ilə bağlı xəbərlərə gəlincə, biz bu zəmanətlərin etibarlı olmasının tərəfdarıyıq”, - nazir qeyd edib.