BAKI, 18 avqust. TELEQRAF
Amerikalı həmkarları Avropa İttifaqı rəsmilərindən ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin arasında bu həftənin sonunda baş tuta biləcək üçtərəfli görüşə hazır olmalarını istəyiblər.
Teleqraf xəbər verir ki, bu bardəə “Sky News” rəsmilərə istinadla məlumat yayıb.
Bildirilib ki, hazırda avropalı diplomatlar Tramp, Zelenski və Putin arasında mümkün üçtərəfli zirvə görüşünün yeri barədə razılığa gələ bilmirlər.
Mənbələr ABŞ, Ukrayna və Avropa ölkələri liderlərinin Vaşinqtonda bugünkü görüşünün nəticələrinin qarşıdan gələn sammitə təsir edə biləcəyini vurğulayıblar.
Nəşrin yazdığına görə, ABŞ və Avropa İttifaqı ölkələri heç bir dəyişiklik baş verməsə, Tramp, Zelenski və Putinin görüşünün Avropada keçirilməsi ilə bağlı razılığa gəlib.
Qeyd edək ki, Ukrayna və ABŞ liderləri bu gün Ağ Evdə görüşəcəklər.