BAKI, 4 iyun. TELEQRAF
Rusiya-Ukrayna müharibəsinin ən azı 2027-ci ilə qədər davam edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.
Qurum bu səbəbdən Avropa İttifaqında ukraynalı qaçqınların müdafiəsi üçün müvəqqəti tədbirlərin müddətini 2027-ci ilin martına qədər uzatmağı təklif edib.
“Hərbi münaqişədən qaçan ukraynalılar üçün müvəqqəti müdafiə tədbirlərinin 2027-ci ilin martına qədər uzadılmasını təklif edirik”, - bəyanatda qeyd olunur.