
BAKI, 19 mart. TELEQRAF
ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında çoxdan gözlənilən telefon danışığının nəticəsi sıfırdır.
Teleqraf xəbər verir ki, bunu Almaniya müdafiə naziri Boris Pistorius deyib.
Nazir danışıqların nəticələrini qısaca izah edib: “Bu, sıfır nəticəli oyundur”.
Pistoriusun fikrincə, Rusiya lideri oyun oynayır və Amerika prezidenti kənarda dayanıb uzun müddət buna seyrçi qalmayacaq.
Xatırladaq ki, ABŞ və Rusiya prezidentlərinin telefon danışığı martın 18-də baş tutub.