BAKI, 10 mart. TELEQRAF

ABŞ Prezident Volodimir Zelenski istefa verənə qədər Ukraynaya yardımı bərpa etməyi planlaşdırmır.

Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumatlı mənbələrə istinadla bildirib.

“Donald Tramp Zelenskini silah-sursatla şantaj edir, yardım müqabilində ondan istefasını və Ukraynada seçkilərin keçirilməsini tələb edir”, - alman nəşrinin həmsöhbəti deyib.

“Politico” bundan əvvəl ABŞ rəsmilərinin Zelenskinin əsas siyasi rəqibləri Yuliya Timoşenko və Petro Poroşenko ilə mümkün seçkiləri müzakirə etmək üçün artıq görüşdükləri barədə məlumat yaymışdı.