
BAKI, 3 mart. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampın tələblərindən birini yerinə yetirməyə hazır olduğunu bildirib. Bu, ABŞ-nin Ukrayna təbii ehtiyatlarına çıxışına imkan verəcək sazişin imzalanması ilə bağlıdır.
Teleqraf xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Həmçinin Britaniya telekanalı bildirir ki, Zelenski Trampdan üzr istəməyəcək. Məlumatda deyilir ki, Ukrayna lideri Ağ Evdəki son mübahisəyə görə ABŞ prezidentindən üzr istəmək fikrində deyil.