
BAKI, 1 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə ukraynalı həmkarı Volodimir Zelenskini silkələyib ayıltdı.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Rusiya rəsmisi ABŞ və Ukrayna prezidentləri arasındakı mübahisəni “beynəlxalq siyasət və diplomatiya tarixində misli görünməmiş hadisə” adlandırıb.
“Zelenskinin fevralın 28-də Vaşinqtona səfəri Kiyev rejiminin tam siyasi-diplomatik uğursuzluğunu ifadə edir”, - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
Zaxarova vurğulayıb ki, Kiyev üçün getdikcə pisləşən indiki siyasi şəraitdə Zelenski məsuliyyətli davranmaq iqtidarında deyil: “O, buna görə də müharibəni davam etdirmək, sülhü rədd etməklə məşğuldur ki, bu da onun üçün ölümə bərabərdir”.
Ukrayna prezidenti barədə təhqiramiz ifadələrə yol verən rusiyalı diplomat onu “lüt kral” adlandırıb.