BAKI, 4 oktyabr. TELEQRAF
Braziliyada prezident seçkiləri başlayıb, ölkə üzrə seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 15:00) açılıb, səsvermə saat 17:00-da (5 oktyabr Bakı vaxtı ilə saat 00:00) yekunlaşacaq.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Ali Seçki Məhkəməsi məlumat yayıb.
Səsvermə hüququna malik 158 milyondan çox vətəndaşın iştirak etdiyi seçkilərdə prezident postu uğrunda 12 namizəd mübarizə aparır.
Əsas mübarizə hakimiyyətdə olan dövlət başçısı Luis İnasio Lula da Silva ilə sağ qüvvələrin namizədi, senator Flavio Bolsonaro arasında gedir. Rəy sorğularına əsasən, hər iki namizədin dəstək səviyyəsi 45–48 % civarındadır, bu səbəbdən seçkilərin ilk turda yekunlaşması ehtimalı aşağı qiymətləndirilir.