BAKI, 27 noyabr. TELEQRAF

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Estoniya ilə təhsil sahəsində əməkdaşlıqdan danışıb.

Teleqraf xəbər verir ki, bunu nazir estoniyalı həmkarı Marqus Tsaxna ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Ceyhun Bayramovun sözlərinə görə, hazırda 200-dən çox azərbaycanlı tələbə Estoniyanın qabaqcıl universitetlərində təhsil alır:

“İki ölkənin aparıcı ali təhsil müəssisələri arasında tələbə mübadiləsi proqramları və akademik əlaqələr mövcuddur. Bu əməkdaşlıq hər iki tərəfdən müsbət qarşılanır və dəstəklənir”.