BAKI, 27 noyabr. TELEQRAF
Rusiyanın Dağıstan Respublikasının iki keçmiş naziri hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Saxlanılan şəxslər keçmiş səhiyyə naziri Aliomar Axmedov və keçmiş fövqəladə hallar naziri Nariman Kazimaqamedovdur.
Hər iki məmur bir neçə gün əvvəl eyni gündə tutduqları vəzifələrdən azad edilib.
Keçmiş nazirlərin saxlanılma səbəbi barədə məlumat açıqlanmayıb.