BAKI, 27 noyabr. TELEQRAF

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması region üçün yeni perspektivlər açır.

Teleqraf xəbər verir ki, bu barədə Estoniya xarici işlər naziri Marqus Tsaxna azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.

Marqus Tsaxna qeyd edib ki, Azərbaycan Estoniya üçün enerji sahəsindəki təcrübəsi və yeni əməkdaşlıq perspektivləri baxımından mühüm imkanlar yaradır:

“Şərq-Qərb Orta Dəhlizinin fəallaşması, qlobal ticarət və iqtisadiyyatda baş verən dəyişikliklər, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması region üçün yeni perspektivlər açır”.

Nazir bildirib ki, Estoniya bu il Ermənistanda da səfirlik açıb.

O, regionla əməkdaşlığa xüsusi önəm verdiklərini vurğulayıb və Azərbaycana səfərə dəvətə görə təşəkkür edib.