BAKI, 27 noyabr. TELEQRAF
İranın Hörmüz boğazında yerləşən Henqam adasına yaxınlaşan ABŞ-yə məxsus F-16 qırıcısı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xəbərdarlıq atəşindən sonra istiqamətini dəyişdirib.
Teleqraf xəbər verir ki, bu barədə SEPAH-ın Aerokosmik Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, ABŞ qırıcısı xəbərdarlıq atəşi ilə kəskin manevr etdikdən sonra istiqamətini dəyişərək İranın hava məkanından uzaqlaşmağa məcbur olub.
Bəyanatda vurğulanıb ki, İranın hava məkanı ölkənin silahlı qüvvələri üçün “qırmızı xətt”dir.