BAKI, 27 noyabr. TELEQRAF
Azərbaycan boksçuları Türkiyənin İstanbul şəhərində keçirilən IBA Prezident kubokunda qüvvələrini sınayacaqlar.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.
Yarışda ölkəmizi böyük məşqçi Nəriman Abdullayev, məşqçilər Rəhim Allahverdiyev və Rüfət Aslanovun rəhbərliyi altında 10 idmançı təmsil edəcək.
Komandanın heyətində Bilalhəbaşi Nəzərov (50 kq), Tural Sarıyev və Nicat Hüseynov (hər ikisi 52 kq), Amin Məmmədzadə (55 kq), Məhəmmədəli Aşırəliyev və Tayfur Əliyev (hər ikisi 60 kq), Malik Həsənov və Zaur Qəhrəmanov (hər ikisi 65 kq), Sərxan Əliyev (70 kq), Seyid Seyidov (85 kq) yer alıblar.
Qeyd edək ki, dekabrın 4-dək davam edəcək turnirdə Azərbaycanı hakim qismində Fuad Aslanov və Rövşən Qədirov da təmsil edəcəklər.